Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq


Digərləri 19 Okt 2019 13:50:00 249 0

Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2019-cu ilin yanvar-avqust ayları ərzində inflyasiya isə 2,6 faiz təşkil edib. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.