Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquqmühafizə orqanlarına çağırış edib


Digərləri 19 Okt 2019 13:12:00 73 0

Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquqmühafizə orqanlarına çağırış edib

Müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun "28 May" stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib.

Şuradan Son.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcəkdir. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri - 050 206 96 02; 055 288 95 53.

Azərbaycan Mətbuat Şurası eyni zamanda mitinqi işıqlandıracaq jurnalistlərə üzərində "Press" yazılmış gödəkçələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.

Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaqdır.

Sabah 26 dərəcəyə qədər isti olacaq like
  • 19 Okt 13:10  
Digərləri Sabah 26 dərəcəyə qədər isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Elxan Ələsgərov: "Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir"  VİDEO like
  • 19 Okt 13:06  
Siyasət Elxan Ələsgərov: "Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" VİDEO

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddi

arrow Ətraflı
Dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılacaq like
  • 19 Okt 13:01  
Digərləri Dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılacaq

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələ

arrow Ətraflı
KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) like
  • 19 Okt 13:00  
Digərləri KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO)

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi il

arrow Ətraflı
Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar" like
  • 19 Okt 12:55  
Şou-biznes Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

Kim deyirdi ki, bura bir oyundur, sadəcə, oyun oynayırıq, bu, əsla belə de

arrow Ətraflı
Elxan Ələsgərov: Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir (VİDEO) like
  • 19 Okt 12:53  
Digərləri Elxan Ələsgərov: Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir (VİDEO)

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddi

arrow Ətraflı
FETÖnün axtarışda olan “Meksika imamı” saxlanılıb like
  • 19 Okt 12:50  
Dünya FETÖnün axtarışda olan “Meksika imamı” saxlanılıb

FETÖ terror təşkilatının "Meksika imamı" Osman Karaca saxlanıl

arrow Ətraflı
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək like
  • 19 Okt 12:45  
Siyasət Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaxın zamanl

arrow Ətraflı
Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi like
  • 19 Okt 12:39  
Siyasət Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi

AXCP sədri Əli Kərimlinin yalnız öz mənfəəti üçün fəaliyyət göstə

arrow Ətraflı
Qurdla sevgili olduğu deyilən Aysun: like
  • 19 Okt 12:34  
Şou-biznes Qurdla sevgili olduğu deyilən Aysun:

Necə dostsunuz ki, bayaq Fəriddən soruşuram ki, "Aysundan xəbərin var

arrow Ətraflı
Bakıda tikintidə faciə: like
  • 19 Okt 12:28  
Digərləri Bakıda tikintidə faciə:

Bakıda tikintidə ölüm hadisəsi baş verib.

arrow Ətraflı