"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib FOTO


Şou-biznes 19 Okt 2019 12:12:00 280 0

"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib  FOTO

Ötən gün Park Cinemada "Sonuncu pərdə" filminin qala gecəsi keçirilib.

Son.az xəbər verir ki, tədbirdə filmin çəkiliş heyəti, başqa aktyorlar və modellər iştirak ediblər. Fanatları ilə şəkillər çəkdirən aktyorlar jurnalistlərin suallarını cavablandırdıqdan sonra hər kəslə birlikdə filmi izləyiblər.

Film bundan əvvəl çəkilən "Pərdə" filmlərinin 3-cü hissəsidir. Təqdim edildiyi vaxtdan geniş müzakirələrə səbəb olan kino bu dəfə də bəyənilib.

Film üçün məşhur reper Aid ( Orxan Zeynallı ) xüsusi olaraq "Atalar və oğullar" trekini yazıb. Çəkiliş heyəti heç bir sponsor olmadan filmə çəkilməyə razıllıq verib.

Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.