Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü?


Digərləri 19 Okt 2019 12:23:00 299 0

Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü?

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün "Kitab dayanacağı" adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb. 

Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqosu da olub. 

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: "Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur".