Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı


Dünya 19 Okt 2019 11:11:00 215 0

Kataloniyada etirazlar: 128 nəfər saxlanıldı, 207 polis yaralandı

Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazlarda 128 nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.

Son.az xəbər verir ki, İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaksa keçirdiyi mətbuat konfransında bildirib ki, iğtişaşlar başlayandan bu günə qədər baş verən qarşıdurmalar zamanı 207 polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.

Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib. (publika.az)