Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi


Digərləri 19 Okt 2019 10:33:00 201 0

Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi

Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan "ACE" adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.

Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.