Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı Əli Kərimli elan verdi FOTO


Siyasət 19 Okt 2019 10:17:00 286 0

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı  Əli Kərimli elan verdi  FOTO

AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması barədə elan yazıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, partiya sədri elanı "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mətndə qeyd edilir: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin, ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi, Milli Şuranın kordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir".