Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb


Digərləri 19 Okt 2019 09:35:06 225 0

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Bakı. Ləman Zeynalova - Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Trend-in məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib. Onun sözlərinə görə, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız kömək edib: “Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir”. (adsgarden = window.adsgarden || []).push({}); Səfir bildirib ki, Çin bu ilin iyununadək Azərbaycana 800 milyon dollardan çox investisiya yerləşdirib. Bu vəsait neft və təbii qaz hasilatı sahəsinə yönəlib. Səfir onu da əlavə edib ki, gələn ay Azərbaycan tərəfi Şanxayda keçiriləcək 2-ci “China International Import Expo” beynəlxalq sərgisinə 100 nəfərdən çox nümayəndə heyəti göndərəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin