Dron bazarının həcmi 13,7 milyard dollara yaxınlaşacaq


Digərləri 19 Okt 2019 08:46:00 275 0

Dron bazarının həcmi 13,7 milyard dollara yaxınlaşacaq

Mütəxəssislər yaxın bir neçə ildə kommersiya tipli pilotsuz təyyarələr bazarının çox sürətli inkişafını proqnozlaşdırırlar. Gözləntilərə görə, bu bazarda gəlir 2019-cu ildə təxminən 2 milyard dollardan 2025-ci ildə 13,7 milyard dollaradək artacaq. Həmçinin təxmin edilir ki, cari ildə kommersiya istifadəsi üçün dronların tədarük həcmi 500 mini ötəcək, 2022-ci ildə isə 1,5 milyona yaxınlaşacaq. "Tractica" şirkətinin proqnozu özünü doğrultduğu halda 2025-ci ildə kommersiya tipli dronların tədarük həcmi artıq 4 milyondan çox olacaq.   Son.az ictnews.az-a istinadən bildirir ki, tədqiqat şirkəti biznes məqsədlər üçün pilotsuz təyyarələrə tələbatı artıracaq amillər sırasında dronlardan istifadə senarilərinin genişlənməsini, qiymət baxımından daha münasib avadanlıq və xidmətlərin əlçatanlığını, yüksək dəqiqlikli aerofotoqrafiyanın populyarlaşmasını, məlumatların təhlili funksiyasının tətbiqini, həmçinin sahə iştirakçıları tərəfindən qoyulmuş investisiyaların tez bir şəkildə geri qaytarılmasını göstərir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});