BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var


Digərləri 19 Okt 2019 08:02:00 217 0

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerolayn Gilbert Bakıda Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, Azərbaycanda külək enerjisinin inkişafı üçün böyük potensial var, Abşeron yarımadasında küləyin sürəti saniyədə 8-9 metrə çatır.

Günəş enerjisinə gəldikdə isə nümayəndə bildirib ki, bu sahədə də ümidverici potensial var. Ölkədə bir sutka ərzində bir kvadrat metrə 4 kilovatt/saat günəş işığı düşür.

O bildirib ki, BP bu sahədə rəqəmsal platformalar hazırlayır və onlardan bəziləri Azərbaycanda da istifadə oluna bilər.

(adsgarden = window.adsgarden || []).push({});