Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub


Dünya 19 Okt 2019 07:35:00 204 0

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Suriya hərbçiləri Latakiya vilayətinin Kban yaşayış məntəqəsində silahlıların buraxdığı iki pilotsuz uçuş aparatını məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin deyib: "Hərbçilərin cənub-qərb istiqamətdə buraxdığı iki pilotsuz uçuş aparatı Suriya Ərəb Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Latakiya əyalətinin Kban yaşayış məntəqəsi ərazisində vurulub".

Bakin qeyd edib ki, İdlib de-eskalasiya zonasının ərazisində qanunsuz silahlı dəstələr tərəfindən hərbi əməliyyatların dayandırılması rejiminin pozulması davam edir. Latakiya, İdlib və Hama əyalətlərindəki 15 yaşayış məntəqəsinin atəşə tutulduğu qeyd edilib.