Payızda hansı əməliyyatları etdirmək məsləhətdir? SİYAHI


Digərləri 18 Okt 2019 23:50:00 316 0

Payızda hansı əməliyyatları etdirmək məsləhətdir?  SİYAHI

Payız mövsümü bir sıra əməliyyat növləri, eləcə də əməliyyat olunmalı olsa da müxtəlif səbəblərdən bunu təxirə salanlar üçün fürsətdir.

Hansı xəstəliklərin cərrahi həlli üçün payızda müraciət edə bilərsiz

Son.az medicina.az-a istinadən bildirir ki, hazırda bir çox əməliyyatlar endoskopik və azinvaziv metodludur. Bu da kəsiksiz, bəzən qansız olub, bərpası da sürətli olur. İndi xəstəxanadakı günlər də çox azdır.

Təcili olmayan, planlı və çoxdandır etdirməyi düşündüyünüz bu əməliyyatları sərin payızda etdirə bilərsiz.

1.Travma, zədə sonrası əməliyyat, dayaq-hərəkət, sümük, toxuma əməliyyatları

Sümüklərində, ayaqlarında, toxumalarında, onurğasında, oynaqlarında travma, iltihab və digər xroniki xəstəliklər səbəbindən bir çox travmatoloji  əməliyyatlar. 

Diz, bud, çiyin, daban əməliyyatları, endoprotezlənmə. Bu əməliyyat da endoskopik həyata keçirilir.

Stasionarda yatış cəmi 2 gündür. 

Eləcə də ətə batmış dırnaq, daban şporu, yastıayaqlılıq da bu aylarda oluna bilər, çünki ayaqyalın və nazik ayaqqabı ilə gəzmirsiz.  Eləcə də kifoz, skolioz, onurğa yırtığı əməliyyatları sərin havalarda olunsa yaxşıdır, çünki xəstə bir müddət uzanmalıdır, korset taxmalıdır, bu da yayda diskomfort yaradır. Bu problemlər artıq invaziv, endoskopik, lazer cərrahiyyəsi, vertebroplastika metodları ilə kəsiksiz həll olunur.

2.Diafraqmal yırtıq, qastroezofagit reflüks 

Bu kimi yırtıqlardan yeganə xilas yolu da cərrahidir. İnvaziv metodla endoskopik aparılır. Bu əməliyyatlardan sonra qaçmaq, ağırlıq qaldırmaq, idman olmaz. Ona görə bu əməliyyatları da payızda etmək məsləhətdir.

3.Damarlarda fleboloji əməliyyatlar

(adsgarden = window.adsgarden || []).push({});