Əsəbdən yaranan 7 xəstəlik Stresin yıxdığı ev


Digərləri 18 Okt 2019 23:45:00 293 0

Əsəbdən yaranan 7 xəstəlik  Stresin yıxdığı ev

Dərindən nəfəs alıb verin və bu məqaləni oxuyun. Çünki "bütün xəstəliklər əsəbdən, stresdəndir" frazasının açıqlamasını izah edəcəyik.

Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır.

Son.az medicina.az-a istinadən əsəb və emosional gərginlikdən yaranması sübut olunan 7 xəstəliyi təqdim edir.

1.Yuxusuzluq, yuxu pozğunluğu

İşdə, ailədə problemlər, gecə yatağa girəndən sonra evin, uşağın, valideynlərin, işdəkilərin dərdini götür-qoy etmək, maddi sıxıntılar, ən xırda detallara qədər beyində danışmaq - tanış mənzərədir?

Bütün bunlar orqanizm üçün vacib olan yuxunu pozur, beyniniz, vəziləriniz dincəlmir və səhəri siz ikiqat artıq streslə yenidən işə gedirsiz və bu effekt yığılır. Nəticədə siz tez qocalırsız, orqanizm toksinləşir, melanoma sintez olunmur.

2.Həzm sistemi problemləri

Stress qastrit,xora, qıcıqlanmış bağırsaq sindromu, hətta köp, ishal belə verə bilir. Mədə nevrozu adlanan simptomu yəqin ki, eşitmisiz. Deyirlər ki, insanların çox stresini yeməklə çıxarır. Hər ağır iş günündə, əsəbləşəndə, mübahisədə şirin və yağlı qidaları aşırı qəbul edir. Stresdə olan insanın əli daim ağzındadır. Amma elələri də var ki, əksinə, sanki mədə yolu bağlanır, udlaqda düyün, daş hiss edir, yeməkdən tam imtina edir, ağzı bağlanır. Stresin yaratdığı bu halqadan xilas olmaq üçün az qala bütün həkimləri gəzir, bircə nevroloqdan başqa.  Ayı xəstəliyi deyilən bir sindrom da var ki, orqanizm stresə diareya, ishal ilə cavab verir.

3.Ürək xəstəlikləri

Emosional gərginlik ürəyə çənfi təsir edir, onun ritmini, vurğusunu dəyişir. Əsəbləşəndə ürək və əzələləri daha tez-tez yığılır, fövqəladə rejimdə işləyir, adrenalin artır. Bu da təzyiqi və ritmi yüksəldir. Belə insanlar sonunda taxikardiya, aritmiyaya gəlib çıxır.

Eləcə də "qırılmış ürək sindromu" adlanan xüsusi xəstəlik də stresdən yaranır.  Qanda adrenalinin çox olması ürəyi qocaldır, sanki söndürür. 

4.Reproduktiv sistemin pozulması 

(adsgarden = window.adsgarden || []).push({});