Xərçəngin qarşısını alır Keçi buynuzunun bilinməyən faydaları


Digərləri 18 Okt 2019 23:30:00 388 0

Xərçəngin qarşısını alır  Keçi buynuzunun bilinməyən faydaları

Keçi buynuzu 8-10 metr yüksəkliyində, daim yaşıl qalan bir ağacda bitir, qara keçi buynuzun içində isə meyvələri olur. Olduqca qidalandırıcı və fərqli dadı ilə xüsusi bir qida olan keçi buynuzunun adı "harnap" olaraq da bilinir.

Son.az medicina.az-a istinadən bildirir ki, tərkibi A, B və E vitaminləri ilə bol miqdarda kalium, kalsium və fosforla zəngindir. Keçi buynuzu və bəhməz xüsusi ilə zəif və inkişafdan geri qalan uşaqlara faydalı bir qidadır. Keçi buynuzu necə istifadə edilir? 

Meyvələri təzə və quru olaraq yeyilir. Keçi buynuzunun yarpaqları və budaqlarının qurudulub qaynadılaraq çay kimi içilməsi də faydalıdır. Bundan əlavə  keçi buynuzundan bəhməz də hazırlanır. Hər gün nizamlı olaraq müalicəvi keçi buynuzu bəhməzi yeyərək xüsusi ilə qan azlığı çəkənlərə və sperma azlığından şikayət edənlərə çox faydalıdır.   Keçi buynuzu kalsium baxımından çox zəngindir (südün 3 qatı). İçindəki E vitamini sayəsində: öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına qarşı müalicəvidir. Bəlğəmi təmizləyir, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlər üçün faydalıdır və nəfəs darlığına olduqca təsirlidir. (Allergiyalı nəfəs darlığı çəkənlərə də keçi buynuzu bəhməzi tövsiyə edilir) 

Yüksək xam sellüloza, bağırsaq narahatlığına və mədə xorasına çox təsirlidir. Mədə və bağırsaq qazlarını çölə çıxararaq, mədə qabarıqlığını aradan qaldırır. Bağırsaq qurdunu, soxulcan kimi bağırsaq parazitlərini bədəndən təmizləyir. Yüksək mineral və vitamin tərkibli keçi buynuzu diş və diş ətləri üçün müsbət təsirlidir. Yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) təbii güc və qidadan qaynaqlanır. Yüksək natrium və kalium sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var.

(adsgarden = window.adsgarden || []).push({});