Həkimlərin yazdığı "pul tələsi" dərmanlar Həkim effektsiz dərmanları AÇIQLADI


Digərləri 18 Okt 2019 23:34:00 298 0

Həkimlərin yazdığı "pul tələsi" dərmanlar  Həkim effektsiz dərmanları AÇIQLADI

Rusiyanın tanınmış həkimlərindən biri Aleksandr Myasnikov hər 10 həkimdən 7-sinin xəstələrin reseptinə müntəzəm olaraq, az qala hər gün yazdıqları "boş", pul tələsi, xəstəyə faydası olmayan dərmanları açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, boş dərmanlar siyahısında nootroplar, fermentlər, immunmodulyatorlar, vitaminlər, qida əlavələri - BAD-lar, damar möhkəmləndirici dərmanlar, hepatoprotektorlar, probiotiklər, prebiotiklər, bitki qarışımları və s.-dir.

Bu kateroqoriyada olan dərmanlar təyinatı üzrə heç bir effekt vermir. Əgər ziyan vermirsə, yazım prinsipi ilə yazılır.

Hətta bəzi həkimlər heç farmakoloji kompaniyalarla işbirliyi olmadan da bunları yazır. Bu sadəcə vərdiş və başqa həkimlərin yazmasını eşidib digərlərindən geri qalmamaq üçün atılan addımdır.

Myasnikov xəstənin həkimdən reseptə yazdığı dərmanlar barədə ətraflı məlumat almağa hüququnun olduğunu bildirib.

(adsgarden = window.adsgarden || []).push({});