Qonşusunu vampir bilib, onu öldürmək istədi


Digərləri 18 Okt 2019 23:25:00 333 0

Qonşusunu vampir bilib, onu öldürmək istədi

ABŞ-ın Vaşinqton ştatında qəribə hadisə baş verib.

Son.az xəbər verir ki,  qonşusunu vampir hesab edən kişi ona hücum edərək öldürməyə çalışıb. 

Bu barədə məlumatı "Miami Herald" nəşri yayıb. 

Məhkəmə materiallarına görə, təcavüzkar qonşusunun ürəyinə metal çubuğu sancmaq istəyib.

Şübhəlinin qardaşının bildirdiyinə görə,  qonşusunun zarafatla "Vampir. Uşaqlar indi məni belə çağırırlar",- deməsindən sonra onun vampir olduğuna inanıb. İş üzrə məhkəmə prosesi 14 oktyabrda baş tutub. 

(adsgarden = window.adsgarden || []).push({});