Tualet kağızını belə istifadə etmək zərərlidir EHTİYATLI OLUN!


Digərləri 18 Okt 2019 22:44:00 234 0

Tualet kağızını belə istifadə etmək zərərlidir  EHTİYATLI OLUN!

Hamımız ictimai yerlərdə olan tualetlərin necə natəmiz olduğunu bilirik. Məcburən belə tualetlərdən istifadə edən adamların əksəriyyəti isə unitaza oturarkən onun üstünə tualet kağızı sərir və otururlar. Bu üsuldan ictimai yerlərin tualetlərində bir çox insanlar istifadə edir. Mütəxəssislər isə bunun da düzgün olmadığını söyləyirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, son araşdırmalar sübut edir ki, tualet kağızlarının tərkibi səbəbiylə onun mikroba yoluxdurma ehtimalını çox azdır. Bildirilir ki, bu üzdən həmin kağızların cinsi və sidik yoluyla keçən xəstəliklərin yoluxdurmasına səbəb olduğu iddiaları düzgün deyil.

Əsl təhlükə kağıza toxunarkən əlimizə keçən mikrobun daha sonra orqanizmə düşə bilməsidir. Onlar unitazın üstündə olan mikrobların asanlıqla salfetkadan bizim dərimizə keçdiklərini söyləyirlər. Mütəxəssislər ictimai tualetdən istifadə edikdə unitaza tualet kağızı və ya salfet salıb oturan insanlara diqqətli olmağı məsləhət bilir. Hətta insanlara bacardıqları qədər belə tualetlərdən uzaq durmağı tövsiyyə edir.

Bundan əlavə mütəxəssislər ,  ictimai tualetlərdən istifadə edən insanlara hətta  oradakı tualet kağızlarından və salfetlərdən istifadə etməməyi tövsiyə edib.

(adsgarden = window.adsgarden || []).push({});