30 yaşından sonra bu qidaları yeməyin Problemləri artırır


Digərləri 18 Okt 2019 22:49:00 282 0

30 yaşından sonra bu qidaları yeməyin  Problemləri artırır

30 yaşına çatanda həyatınızdakı bir çox şey kimi maddələr mübadiləniz də dəyişir. Bununla birlikdə artıq arıqlamaq da çətinləşir. Bəzi qidalar var ki, bəlli yaş dövründən sonra onları yemək insan orqanizmi üçün iki qat faydalı və ya ziyanlıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, düzgün qidaları seçərək həm maddələr mübadiləsi sürətini tarazlıqda saxlaya bilər, həm də yaşlanmağı gecikdirə bilərsiniz. Beləliklə, 30 yaşı keçən kimi, bu qidaları menyudan yavaş-yavaş çıxarın.

Şəkər tozu

Maddələr mübadiləsi sürəti yavaşladıqca, orqanizmin şəkəri yandırma sürəti də azalır. Bu da artıq çəki olaraq geri dönür. Həddindən artıq şəkər istehlakı sonsuzluğa səbəb ola bilən insulin müqavimətinə yol aça bilər.

Əlavə dadlandırıcı

Süni dadlandırıcılar xərçənglə əlaqələndirilir. Onlardan mütəmadi istifadə piylənməyə, metabolik sindroma, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Spirtli içkilər

Bəzi spirtli içki növləri bədəndə insulin səviyyəsini qaldırır. Bundan əlavə, çəki artımını sürətləndirir və müntəzəm istehlakı qaraciyərə zərər verə bilər. Alkoqol psixoloji cəhətdən insana mənfi mənada təsir edə bilər.

Kofein

Kofe və bəzi qazlı içkilərin tərkibindəki olan kofein yuxu keyfiyyətinə mənfi təsir göstərir. Spirtli içkilər kimi arıqlamağı da yavaşlada bilir.

Un

Bədəniniz ağ unu qlükozaya(şəkər) çevirir. Qlükoza isə bədəndə asanlıqla yağa dönür. Təmizlənmiş ağ unun orqanizmə faydası yoxdur. Bunun əvəzində, bütün növ taxıl və buğda məhsullarını seçə bilərsiniz. 

(adsgarden = window.adsgarden || []).push({});