Bu qadınlar oğlan doğa bilmir


Digərləri 18 Okt 2019 22:10:00 392 0

Bu qadınlar oğlan doğa bilmir

Güclü stres, təşviş və qorxu doğulacaq uşağın cinsiyyətinə təsir edir.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu Kolumbia Universitetinin alimləri bildirib.

Elmi araşdırma gedişatında onlar stresin insan orqanizmi və psixikasına təsiri barədə 27 göstəricini analiz ediblər. 18-45 yaş arası hamilə qadınları müşahidə ediblər. Onların 17%-i yüksək dərəcə depressiya və stress, 16%-i fiziki stress və yüksək təzyiqdən əziyyət çəkiblər. Yalnız 66% bütün hamiləlik boyu psixoloji tam sağlam idilər.

Doğuşdan sonra məlum olub ki, hamiləliyin əvvəlində fiziki və mənəvi stres keçirən qadınlar nadir halda oğlan uşağı doğur.  Əgər bütün hamilələr stressiz olsa, normaya görə hər 100 qıza 105 oğlan doğulmalıdır. Lakin güclü stress bu normanı dəyişir. 

Hələ məlum deyil ki, proses mayalanma zamanı baş verir, yoxsa sonra. 

(adsgarden = window.adsgarden || []).push({});