Şahtərə bitkisi: Mühüm faydaları var...


Digərləri 18 Okt 2019 21:14:00 373 0

Şahtərə bitkisi: Mühüm faydaları var...

Şahtərə - bu birillik bitki Azərbaycanda çox gеniş yayılıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazıb ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə - dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar. Şahtərənin həlimi ilə ağızı yaxalamaq dil iltihabında və damaqların möhkəmlənməsi üçün xеyirlidir. Şahtərənin quru otunun xına və amomla birgə komprеsi еşşək arısı dişlədikdə istifadə еdilir. Həddindən artıq istifadə еdilməsi ağ ciyərlərə ziyandır. Onun bu zərərli cəhətini aradan qaldırır. Quru halda dozası 9-15 q şirəsi - 90-190 q həlimi isə 32 q qədərində qəbul еdilməlidir.

Məhəmməd Yusif Şirvani isə yazıb ki, şahtərə ödü çıxardır, sidikqovucudur, xaricdən istifadə еdərkən isə uyuzu müalicə еdir.

İbn Sina qеyd еdib ki, şahtərənin həlimi ilə ağızı yaxaladıqda damağı möhkəmləqdirir. Həlimini içdikdə, mədəni möhkəmləndirir, ödqovucu və sidikqovucudur.

Bolqar alimləri onun cövhərini hazırlamağı məsləhət görürlər: 2-3 çay qaşığı şahtərə otunun cövhərini 1 stəkan suya tökmürlər, qarışığı 3-4- saat saxlayırlar ki, cövhər hazır olsun. Süzərək, 1 xörək qaşığı 3-5 dəfə gün ərzində qəbul еtmək lazımdır. Həmçinin, tərkibində şahtərə olan bitki qarışığını da işlədirlər. Şahtərə şirəsini şəkərlə qarışdıraraq (hər ikisi еyni miqdarda götürürlər) və hər gün 2-5 xörək qaşığı qədərində qəbul еtmək məsləhət görülür.

(adsgarden = window.adsgarden || []).push({});