Bal yarmarkasının sonuncu günü məhsullara endirim edilib
Digərləri 18 Okt 2019 18:04:00 333 0
Bakıda keçirilən bal yarmarkasının bu gün sonuncu günüdür. Yarmarkanın sonuncu günü bir çox arıçı məhsullara endirim edib.
Son.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.
Onun sözlərinə görə, arıçıların çoxu uzaq rayonlardan gəldiyinə görə qalan məhsulları geri qaytarmaq istəmirlər:
"Ona görə də məhsulları endirimlə alıcılara təklif edirlər. Maksimum endirim isə 30 faizdir".
Mənbə: milli.az