Ölkənin magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr qaz nəql olunub


Digərləri 18 Okt 2019 16:50:00 310 0

Ölkənin magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr qaz nəql olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə çoxdur və bu səbəbdən 18,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 9 ayda qaz nəqlinin 37,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Qeyd edək ki, bu kəmərlə 7 milyard 412,8 milyon kubmetr təbii qaz ixrac edilib.