İcra başçısının müavini: "Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar"


Digərləri 18 Okt 2019 16:45:00 322 0

İcra başçısının müavini: "Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar"

Abşeronlular Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə böyük həvəslə hazırlaşırlar.

Son.az bildirir ki, bunu Trend-ə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında respublikamızın bütün bölgələrində bir gündə 650 min ağac əkiləcək. Həmin gün Abşeron rayonunda 20 min ağac əkilməsi nəzərdə tutulur.

İ.Quluyev bildirib ki, hazırda ağacların əkilməsi üçün nəzərdə tutulan ərazilərdə çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.

Aksiya zamanı yerli şəraitə uyğun ağaclar əkiləcək: