Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq


Digərləri 18 Okt 2019 16:45:00 302 0

Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq

Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

Bakı. Elçin Mehdiyev - Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib O bildirib ki, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayacaq. Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-nə təyin edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin