Etna vulkanı püskürdü


Dünya 18 Okt 2019 16:00:00 312 0

Etna vulkanı püskürdü

İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, püskürmə ilə əlaqədar Kataniya əyalətində 3,3 bal gücündə zəlzələ də baş verib.

Yeraltı təkanlar 9 kilometr dərinlikdə qeydə alınıb.

Etnanın püskürməsi ilə əlaqədar Kataniya hava limanının üzərində hava məkanı qismən bağlanıb. Aeroportda uçuş və enişlərin sayı məhdudlaşdırılıb.