Gürcüstanda “Miss&Mister Planet of Azerbaijan 2019’’ qaliblərini çox isti qarşıladılar


Digərləri 18 Okt 2019 15:01:00 267 0

Gürcüstanda “Miss&Mister Planet of Azerbaijan 2019’’ qaliblərini çox isti qarşıladılar

16 oktyabr Gürcüstanın paytaxtı Tbilisidə "Miss & Mister Planet of the World 2019" Beynəlxalq Gözəllik yarışmasının final mərhələsi keçirilib.

Son.az xəbər verir ki, ölkəmizi bu nüfuzlu layihədə, milli finalın qalibləri Nigar Həsənzadə və Sirac Bəyalizadə təmsil edirlər. Qeyd etmək istərdik ki, dünyanın 24 ölkəsindən yarışmaya iştrakçılar qatılıblar. Bunların arasında Polşa, Belarus, Ukrayna, İspaniya, Portuqaliya, Russia, Bolqariya və s. olub.

Yarışmanın təşkilatçıları Eka Mgaloblişvili və İrina Papazova bildiribilər: "Azərbaycan bu il yüksək nəticələr əldə edə bilər finalda, baxmıyaraq ki, digər iştrakçılar da güclüdür".

Finalçılar qədim Koxetiyaya səfər etdilər və münsiflər qarşısında öz ölkələrinin milli geyimlərini nümayiş etdilər. Nigar və Sirac "Talant Shou"-da "Uzun dərə" rəqsini ifa etdilər. Bundan başqa İMEDİA TV kanalında canlı yayımda oldular və Qədim Tbilisi gəzintidə iştrak etmişdilər.

(adsgarden = window.adsgarden || []).push({});