Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək


Digərləri 18 Okt 2019 15:33:00 381 0

Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.

2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.

Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.