"Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq"


Digərləri 18 Okt 2019 15:46:00 247 0

"Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq"

Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir çox ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir.

Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb:

"Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onların çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.

Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb".

A. Manuçeri-Lalei Niderlandda narkotik vasitələrdən mədəni şəkildə istifadə edildiyini söyləyib:

"Tutaq ki, biz həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik. Ola bilər ki, Niderlandda həftədə bir dəfə toplaşıb nəşə çəksinlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər.

Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir. Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar. Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur.

Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır. Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır".

Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb: