Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır VİDEO FOTO


Digərləri 18 Okt 2019 15:19:00 335 0

Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır  VİDEO  FOTO

Xəbər verdiyimiz kimi, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metro stansiyası qarşısında heykəli qoyulacaq. Heykəlin hazırlanması ilə bağlı layihənin qalibi Xalq rəssamı Xanlar Əhmədovdur.

Son.az xəbər verir ki, qafqazinfo rəssamın emalatxanasına baş çəkib heykəlin hazırlanması prosesinin nə yerdə olması ilə maraqlanıb.

X. Əhmədov bizimlə söhbətində bildirdi ki, müsabiqənin yekunlarından sonra Heydər Əliyev Fondunda görüş keçirilib: "Heykəl üzərindəki işlər istiqamətində müzakirələr oldu. Heykəl hazırlanması prosesi belədir ki, əvvəlcə eskiz işlənilir. Bundan sonra 1 metrlik model hazırlanır. Hazırda modeldə son tamamlama işləri gedir.

Bu heykəldə Tağıyevin medalları, ordenləri həqiqi mənada öz ölçülərində yerini tapacaq. Bunun üçün mən Tarix Muzeyinə müraciət etdim. Muzeydə mənə çox nəfis bir kitab bağışladılar. Onun bütün medal və ordenlərinin ölçülərini, mənalarını, geyimini xırdalığına qədər öyrəndim". 

X. Əhmədov gördüyü işin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıb: "Üzdən baxanda çox sadə görünür. Ancaq gərgin iş hesabına başa gəlir. Konkret iş qrafikim yoxdur. Elə olur ki, gecə saat  3-ə qədər də işləyirəm. Səhər saat 5-dən də durub bu işlə məşğul ola bilirəm". 

(adsgarden = window.adsgarden || []).push({});