Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək


Digərləri 18 Okt 2019 14:56:00 338 0

Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək

Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı - "Baku Jazz-2019" başlanır. Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı "Baku Jazz-2019"-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək.

Oktyabrın 27-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları Rotunda Caz Klubunda, Beynəlxalq Muğam Mərkəzində, Akademik Musiqili Teatrında təşkil olunacaq. Festival çərçivəsində cazla bağlı maraqlı filmlərin nümayişi, seminarlar, sərgilər olacaq. Festivala oktyabrın 27-də Rotunda Caz Klubunda yekun vurulacaq.

Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən "European Jazz Network" təşkilatının üzvüdür.