Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutuldu


Kriminal 18 Okt 2019 14:38:00 271 0

Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutuldu

Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 13 000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.