Çavuşoğlu Azərbaycanı təbrik etdi


Siyasət 18 Okt 2019 14:29:00 289 0

Çavuşoğlu Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanı təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə öz "Twitter" səhifəsində qeyd edib.

Nazir yazıb: "Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm".

Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.