"Tapança Adil"ə hökm oxundu


Kriminal 18 Okt 2019 13:39:00 306 0

"Tapança Adil"ə hökm oxundu

Xətai Rayon Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilən Adil Kəngərlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Fərid Yaqubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi A.Kəngərlinin cəzasını 1 il 6 aya endirib. 

Rəsmi məlumata əsasən, bu ilin may ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə paytaxt sakini "Tapança Adil" ləqəbli A.Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub.