İran kivi ixracına qadağanı ləğv etdi


Digərləri 18 Okt 2019 12:40:00 309 0

İran kivi ixracına qadağanı ləğv etdi

Bu gündən İrandan kivi ixrac etmək mümkündür.

Bakı. Elnur Bağışov - Bu gündən İrandan kivi ixrac etmək mümkündür. Trend-in məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının Kənd Təsərrüfatı və Emal məhsulları ixracının inkişafının koordinasiyası idarəsinin baş direktoru Mahmud Bazari deyib. M.Bazarinin sözlərinə görə, 6 iyuldan 7 oktyabra qədər keyfiyyət baxımından qeyri-standart məhsulun satışa çıxarılmasının qarşısını almaq məqsədilə kivinin ixracı qadağan edilmişdi. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, İran ötən ildə 96 milyon dollar dəyərində kivi ixrac edib. İran kivisinin ixrac bazarları əsasən Rusiya, İraq, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstandır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin