UEFA Ajax-ı cəzalandırdı


İdman 18 Okt 2019 11:54:00 381 0

UEFA Ajax-ı cəzalandırdı

UEFA bir neçə klubu avrokubok oyunlarındakı xoşagəlməz olaylarla əlaqədar cəzalandırıb. 

Goal.az xəbər verir ki, Hollandiyanın Ajax klubu İspaniya təmsilçisi Valencia-ya qarşı Çempionlar Liqasının səfər oyunu zamanı azarkeşlərinin xoşagəlməz davranışları səbəbindən 50 min avro cərimə olunub.

Oktyabrın 2-də keçirilmiş həmin oyunda holland tərəfdarlar arenaya ciddi ziyan vurublar. Bu üzdən Ajax həm də Valencia-nın təqdim edəcəyi ziyanın məbləğini ödəməli olacaq. Hollandiya təmsilçisi bundan sonrakı iki səfər oyununa bilet satışı həyata keçirməkdən məhrum edilib. Qitə futbol qurumu Ajax-a 1 il sınaq müddəti də tətbiq edib. Həmin oyunda hollandların 6 oyunçusu sarı vərəqə aldığına görə, klub daha 18 min avro cərimə ödəməli olacaq.

UEFA həmçinin Portuqaliyanın Vitoriya klubunu Almaniya təmsilçisi Eintracht-a qarşı ev oyununda azarkeşlərinin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro, Almaniyanın Borussia klubunu isə Çexiya Slavia-sı ilə səfər oyununda azarkeşlərinin davranışına görə 30 min avro cərimələyib.