Gürcüstandan qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)


Digərləri 18 Okt 2019 11:41:00 248 0

Gürcüstandan qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ- 21074" və "Volkswagen Passat" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 1440 ədəd "EKO201E 60 PCS" yazılan pirotexniki vasitələr aşkarlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Hər iki faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin