Bakı sakini avtomobili ilə birlikdə itkin düşdü


Digərləri 18 Okt 2019 11:25:00 244 0

Bakı sakini avtomobili ilə birlikdə itkin düşdü

Bakıda orta yaşlı oğlan avtomobili ilə birlikdə yoxa çıxıb.

Bakı. Ceyhun Ələkbərov - Bakıda orta yaşlı oğlan avtomobili ilə birlikdə yoxa çıxıb. Trend-in məlumatına görə, Bakı sakini 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlu oktyabrın 14-dən itkin düşüb. Yaxınlarının Trend-ə veridiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb. (adsgarden = window.adsgarden || []).push({}); E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Onu görənlərdən 055-862-55-33 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin