"Bakıya "Qafqazın Parisi" deyərdim, amma Parisi tərifləmiş olaram"


Şou-biznes 18 Okt 2019 11:17:00 296 0

"Bakıya "Qafqazın Parisi" deyərdim, amma Parisi tərifləmiş olaram"

Türkiyəli jurnalist Ahmet Hakan Bakı haqda fikirlərini çalışdığı "Hürriyyet" qəzetində yazıb.

Son.az axşam.az-a istinadən bildirir ki, məşhur xəbər spikeri gəlmədən öncə paytaxtımızı bəyənmədiyini etiraf edib.

Sözügedən yazını təqdim edirik:

"Getməmişdən öncə xor baxırdım, buna görə də utanaraq geri döndüm. Qafqazın Parisi deyəcəm, amma.. Parisi tərifləmiş olaram deyə, narahatam.

Bizim Nişantaşı var e... Onu 40-a vurun... Bakıda elə bir Nişantaşı var.

Bakıya "Küləklər şəhəri" deyirlər... Vallah, düz deyirlər.

Hər şey necə də yeniydi və hər şey necə də tarixə hörmətli şəkildə qorunmuşdu. Məəttəl qaldım!