AVRO-2020-nin rəsmi topu - "UNİFORİA"


İdman 18 Okt 2019 10:00:00 330 0

AVRO-2020-nin rəsmi topu - "UNİFORİA"

AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.

Goal.az xəbər verir ki, "uniforia" adlanan topun rəsmi təqdimatı 2019-cu ilin noyabrında keçiriləcək.

"Uniforia" - yenilikdir. O, iki hissədən - unikallıqdan və eyforiyadan ibarətdir. Adın izahı sadədir - qarşıdakı qitə birinciliyi öz növündə yeganə olacaq. Avropa çempionatı əvvəllər heç vaxt eyni vaxtda 12 ölkədə, 12 stadionda keçirilməyib.

Qeyd edək ki, UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 matçı Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.

Image result for uniforia ball euro 2020