Sumqayıtda dönərxana yanıb


Digərləri 18 Okt 2019 10:09:00 245 0

Sumqayıtda dönərxana yanıb

Sumqayıtda dönərxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 20 m² olan dönərxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı əriyib.

Dönərxananın qalan hissəsi və içərisindəki qaz balonu, bitişik, ümumi sahəsi 110 m² olan mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.