Tovuzda 18 yaşlı qız oğurlandı


Digərləri 18 Okt 2019 09:35:00 277 0

Tovuzda 18 yaşlı qız oğurlandı

Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.

Bakı. Samir Əli - Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb. Trend-in məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində baş verib. Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin