Türkan onu müğənni saymayan xalq artistinə söz atdı


Şou-biznes 18 Okt 2019 09:24:00 298 0

Türkan onu müğənni saymayan xalq artistinə söz atdı

Müğənni Türkan Vəlizadə "Maşın" şouda qalmaqal yaşadığı aktrisa, xalq artisti Fatma Mahmudovaya söz atıb.

Son.az yenicag.az-a istinadla xəbər verir ki, müğənni onu yalançılıqda suçlayıb.

Xatırlayaq ki, sözügedən şouda aktrisa ilə müğənni arasında qalmaqal yaşanıb. Türkan canlı yayımda Fatma Mahmudovanın ayaqlarının şişdiyini və yeriyə bilmədiyini deyib. Bu sözlərdən əsəbiləşən aktrisa şoudan kənarlaşandan sonra müğənnidən acıq çıxıb:

"Türkan kimdir, onu tanımıram. Türkan nə vaxtdan müğənni olub?"