AB Şimali Makedoniya və Albaniyanın üzvlüyü ilə bağlı razılığa gələ bilmədi


Dünya 18 Okt 2019 09:28:00 278 0

AB Şimali Makedoniya və Albaniyanın üzvlüyü ilə bağlı razılığa gələ bilmədi

Altı saat davam edən müzakirədən sonra Avropa Birliyinin dövlət və hökumət başçıları Şimali Makedoniya və Albaniya ilə bu ölkələrin üzvlüyə daxil olması ilə bağlı danışıqların açılmasına razı ola bilmədilər.

Son.az Trend-ə istinadən bildirir ki, uzun müzakirələrdən sonra liderlər Şimali Makedoniya və Albaniya ilə danışıqların başlanması ilə bağlı konsensus əldə edə bilməyiblər.