Antonio Quterreş ABŞ və Türkiyənin Suriya ilə bağlı razılaşma müqaviləsini alqışlayır


Dünya 18 Okt 2019 09:05:00 241 0

Antonio Quterreş ABŞ və Türkiyənin Suriya ilə bağlı razılaşma müqaviləsini alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Türkiyənin Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatının dayandırılması barədə razılaşmalar çərçivəsində gərginliyi azaltmaq üçün edilən hər cür səyləri alqışladığını söyləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, BMT-nın Baş katibinin ofisində edilən açıqlamada bildirilib: "Baş katib ABŞ və Türkiyə arasındakı bugünkü danışıqlardan xəbəri vardır. Baş katib, vəziyyətin pisləşməsi və mülki şəxslərin BMT nizamnaməsinə və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qorunması üçün edilən hər cür səyləri alqışlayır".

Qeyd olunur ki, baş katib böhranın effektiv həlli üçün hələ uzun bir yolun olduğunu başa düşür.