Birinci vitseprezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Siyasət 18 Okt 2019 08:57:00 272 0

Birinci vitseprezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə ilə rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram".