Tayland şahzadəsi xəstəxanaya yerləşdirilib


Dünya 18 Okt 2019 08:33:00 244 0

Tayland şahzadəsi xəstəxanaya yerləşdirilib

Tayland şahzadəsi Maha Chakri Sirindon, mədə-bağırsaq traktının infeksiyası və iltihabını müalicə etmək üçün Çulalongkorn xəstəxanasına müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, həkimlər xəstəxanaya getməsini tövsiyə etməzdən əvvəl şahzadə qarın ağrısı və qızdırmadan əziyyət çəkirdi.

Tibb müəssisəsində Sirindona yoluxma və yoğun bağırsağın iltihabı diaqnozu qoyuldu və antibiotik təyin edildi. Həkimlər Sirindona müalicə üçün xəstəxanada qalmağı tövsiyə etdilər.