15 yaşlı məktəbli qız itkin düşdü


Digərləri 18 Okt 2019 08:12:00 242 0

15 yaşlı məktəbli qız itkin düşdü

Qax rayonunda məktəbli qız itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun A.Məmmədov küçəsi, ev 10-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü İsmayılzadə Elmira Samir qızı oktyabrın 10-da səhər saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.