"İnansan, bütün əngəllərin öhdəsindən gəlmək olur" Uğur hekayəsi FOTO


Digərləri 18 Okt 2019 07:55:00 296 0

"İnansan, bütün əngəllərin öhdəsindən gəlmək olur"  Uğur hekayəsi  FOTO

ABŞ şirkətində çalışan Azər Səfərov: "Müraciət etdiyim 50 faizdən çox şirkətdən "yox" cavabı almışdım"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir çox proqramçılar kimi, o da sərbəst iş rejiminə üstünlük verir. Bu səbəbdən bir müddət çalışdıqdan sonra artıq ona bu imkanı yaradan iş yeri axtarır, bir çox xarici şirkətlərə baş vurur. İlk vaxtlar çox iş yerindən "yox" cavabı alır, ancaq "bu iş çətin olmamalıdır, alınacaq" kimi düşünüb davam edir və nəticədə istədiyinə nail olur. 200 şəhərdə ofisi, 350-400 min işçisi olan məşhur Amerika şirkəti "Accenture"də işə düzəlir.

Müsahibimiz Latviyanın Riqa şəhərində yerləşən məşhur "Accenture" şirkətində proqramçı kimi çalışan azərbaycanlı Azər Səfərovdur.

Qeyd edər ki, Azər Səfərovun 29 yaşı var, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr və magistr təhsili alıb.

- Əvvəldən proqramlaşdırmaya marağınız var idi, yoxsa bu sahənin gələcəyini fikirləşərək seçim etmişdiniz?

- Uşaq olarkən müxtəlif oyunlar oynayırdım və fikirləşirdim ki, bu oyunları necə yaratmaq olar? Bunu özüm edə bilərəm? Belə suallar məni düşündürürdü. Oyun yaratmaq marağı proqramlaşdırmanı seçməyimə səbəb oldu. Eyni zamanda, mən uşaq olanda anam universitetdə dərs deyirdi, hərdən məni iş yerinə aparırdı. Otaqlarında kompüterlər var idi. O vaxtı kompüterlərdə indiki "Paint" tipli proqramlar yox idi ki, rəsm filan çəkəsən. Bir kitab var idi, ordakı kodlardan yazanda ekranda müəyyən şəkillər çıxırdı. Marağım var idi, hər dəfə o kitabdan müəyyən kodları yazırdım, gah şəkil, gah animasiyalar alınırdı. Sonradan bildim ki, bu "Basic" proqramlaşdırma dili idi. Maraqla yanaşı, gələcəkdə bu ixtisasa tələbin necə olacağını fikirləşərək seçim etmişdim.

- Elə tələbə vaxtından işləməyə başlamısınız. İş imkanı yarandı deyə işlədiniz, yoxsa təcrübə üçün bunu etdiniz?

- Azərbaycanda qlobal bir problem var ki, harasa işə düzəlmək istəyəndə çox vaxt müəyyən iş təcrübəsi istəyirlər. Ona görə universitetdə oxuyarkən fikirləşirdim ki, məzun olanda bir işlə məşğul olmaq istəyirəmsə, hər hansı təcrübə qazanmalıyam. 2-ci kursda qrup yoldaşımla təcrübə imkanı yaradan iş yeri axtarmağa başladıq və bir il ərzində təcrübə üçün pulsuz işlədik. 3-cü kursda isə artıq rəsmi olaraq İnformasiya Texnologiyaları İnstitutunda işləməyə başladım. Ümumilikdə, tələbə vaxtı işləməyimdə əsas məqsəd təcrübə yığmaq idi. Universiteti bitirəndən sonra hərbi xidmətə getdim. Qayıdandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Elektron imza layihəsində işləməyə başladım. 5 il işlədikdən sonra 2017-ci ildə Latviyada indi çalışdığım şirkətə gəldim.

- Bu müddətdə həm də öz işinizi qurmuşdunuz. Bir az da bundan danışaq.

- 2012-ci ildə Məlumat Hesablama Mərkəzində işə başladığım zaman, qrup yoldaşlarımla bir yerdə öz şirkətimizi qurduq. İdeya müəllifləri kimi öz adlarımızı şirkətin adında əks etdirmək istədik. Ceyhun və Azər adına uyğunlaşdırıb "AC Coders MMC" adını seçmişdik. Mən ayrılandan sonra şirkətin adı dəyişilib. İT sahəsi ilə bağlı idi, düşündük ki, çox maliyyə tələb etməz. Başlanğıcda əsasən evdən işləyirdik. Şirkətə investisiya vaxtımız və əməyimiz idi, ancaq ehtiyac olduqca xərcləri öz cibimizdən qarşılayırdıq. Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) "Technopark" yaradılanda biz orda rezident olduq, universitetin tələbələri ilə işlədik. Şirkəti 2012-ci ildə təsis etsək də, real iş 2014-cü ildə ortaya çıxdı. Yeni iş olduğu üçün heç də hər şey rahat alınmırdı, müəyyən çətinliklər olurdu. Vaxt keçdikcə, təcrübə qazandıqca hər şey qaydasına düşürdü. Müdafiə Sənayesi Nazirliyi ilə iş birliyinə başladıq. 2014-cü ildə Azərbaycanda ilk dəfə keçirilən ADEX - müdafiə sənayesi sahəsində sərgidə Müdafiə Sənayesi Nazirliyinin stendində təmsil olunmuşduq. 2015-ci ildə mən bu işdən də ayrıldım, amma qrup yoldaşlarım hələ də davam etdirirlər.

- 5 il eyni iş yerində çalışdıqdan sonra xaricə işləmək qərarı vermisiniz. Getməyinizin səbəbi nə oldu?

- Birincisi, xaricdə böyük şirkətdə təcrübə qazanmaq kimi səbəbim var idi. Həm də işdə olma saatına deyil, işin keyfiyyətinə daha çox önəm verilən iş yeri axtarırdım. Digər səbəblərdən biri də mən ailəli idim, uşağım var idi, xərclərim artmışdı. Ona görə daimi olaraq işdən əlavə işlər götürürdüm  və ailəyə vaxt ayıra bilmirdim. Üstəlik, şəhərdən kənar yaşadığıma görə gündə neçə saatım yolda tıxaclarda keçirdi. Bu kimi şeylər məni sıxırdı. Ən sonuncu səbəb isə manatın dəyərini itirməsi idi. Devalvasiyadan sonra işləyib əldə etdiyim qazancın dəyəri qalmadığını hiss etdim. Ölkə daxilində elə də böyük fərq etmirdi, amma xaricə gedəndə, istirahət edəndə, xaricdən nə isə alanda pulun dəyəri olmurdu.

- Sərbəst rejimi sevirsiniz, deyəsən. İndiki iş rejiminiz necədir?

- Proqramlaşdırmanın üstünlüklərindən biri də odur ki, sən dünyanın istənilən nöqtəsindən oturub işini görə bilərsən. Müəyyən ofisdə hansısa saat aralığında məcbur oturmaq lazım deyil, əsas odur ki iş görülsün və keyfiyyətli olsun. Sərbəst iş rejimi məncə, proqramlaşdırma sahəsində çalışanların sadəcə olaraq bir stereotipidir.

İndiki rejimim tam sərbəstdir, bir neçə ofisimiz var, hansı ofis uyğun olsa, gedib orda işləyə bilərəm, istəsəm, evdən işləyərəm. Ümumiyyətlə, bizim şirkət sərbəst iş rejimini böyük üstünlük sayır və bu rejimi reklam edir. Evdə nə isə problem olsa, yaxud harasa gedəsiyəmsə, komanda yoldaşlarından birinə desəm ki, mən bu gün ofisə gələ bilməyəcəm, yaxud filan yerdən işləyəcəm, bu, kifayət edir. Kiminsə adına ərizə yazmaq, kimdənsə icazə istəmək, "filan vaxt olar, filan vaxt yox" cavabı almaq kimi söhbətlər yoxdur.

- Latviyada işə düzəlməyinizdən danışaq. "Accenture" ilk müraciət etdiyiniz iş yeri idi?

- (Gülür) Xeyr, təxminən bir il ərzində müxtəlif ölkələrdə fərqli şirkətlərə müraciət etmişdim. Sadəcə, gələn təkliflərdən ən yaxşısını seçməyə çalışdım. Bu şirkət həm maaş baxımından məni qane edirdi, həm də ailəvi olaraq bu ölkəyə köçməyimi dəstəkləyirdi.

- Maraqlıdır, müraciət etdiyiniz şirkətlərin neçə faizindən "yox" cavabı almışdınız?