Otuz yaşından sonra MƏŞHURLAŞANLAR Xalq artistləri, aparıcılar, vayner... FOTO


Şou-biznes 18 Okt 2019 05:30:00 266 0

Otuz yaşından sonra MƏŞHURLAŞANLAR  Xalq artistləri, aparıcılar, vayner...  FOTO

Bəzən məşhurluq zirvəsini fəth etmək üçün uzun zaman tələb ounur. Kimi gənc yaşlarda məşhurlaşsa da, digərləri şöhrətin astanasına gec çatırlar.

Son.az 30 yaşdan sonra şöhrət qazanan bir qrup sənətçi barədə kiçik araşdırmamızı təqdim edir.

Müğənni Elariz Məmmədoğlu 1964 cü ildə anadan olub. İlk dəfə ''Tup-tup'' mahnısına çəkdirdiyi kliplə 36 yaşında məşhurluq qazanıb. Hazırda Amerikada yaşayır.

Xalq artisti Eyyub Yaqubov da təxminən 35 yaşında məşhurluğun dadını bilib.

Bir neçə il ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun "Humayun" ansamblında musiqiçi kimi (fortepiano) çalışan Yaqubov 2000-ci ildə oxuduğu "Ana" mahnısıyla geniş tamaşaçı kütləsinə tanınıb. 

"Yeni ulduz" müsabiqəsinin qalibi İlhamə Qasımovanın da populyarlığı 30 yaşdan sonraya təsadüf edir.

1976-cı il doğumlu Qasımova peşəkar səhnəyə ilk addımını 2005-2006 cı illərdə keçirilən ''Yeni ulduz-4'' yarışması ilə atıb.

Sonradan toylara getməyi özünə sığışdırmayan sənətçinin səsini belə demək mümkünsə, o vaxta qədər yalnız satıcı işlədiyi dükanın alıcıları eşidə bilərdi. 

Hazırda 39 yaşı olan Nigar Camal da 31 yaşında adından söz etdirməyə başlayıb.

1980-ci ildən olan sənətçi 2011-ci ildə İlhamə Qasımovanın da milli seçim turlarında iştirak etdiyi "Avroviziya" yarışmasını  qalibi (Eldar Qasımovla birlikdə) olub.  

Müğənni Afət Fərmanqızı da populyarlığı 35 yaşından sonra qazanmış sənətçilərdəndir.

Düzdür, Fərmanqızı 2000-ci illərin əvvəllərində efirlərdə olub, amma ona məşhurluğu Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu hind mahnısı qazandırıb.

Qeyd edək ki, Fərmanqızı 1979-cu ildə anadan olub. 

Şairə Nazilə Səfərlinin populyarlığı da 35 yaşdan sonraya təsadüf edir.

Səfərli də Fərmanqızı kimi illər öncə efirlərdə olub. Amma onun "Maşın şou"nun iki il öncəki buraxılışlarında daha geniş kütləyə tanındığını demək olar.