Bir gündə 57 milyon avro itirdi


Digərləri 18 Okt 2019 01:30:00 295 0

Bir gündə 57 milyon avro itirdi

Macarıstanın qiymətli kağızlar bazarı bu günlərdə dünyaya bələdiyyə seçkilərinin maraqlı firmaların səhmlərinin məzənnəsində necə əks oluna biləcəyini əyani göstərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın ən varlı biznesmenlərindən birinin - Lorints Mesaroşun şirkətləri bir birja günü ərzində böyük ziyana düşüb. Budapeşt Fond Birjasının açılışından sonra onun əsas səhmlərinin - "Opus Global" və "4iG"nin məzənnələri müvafiq olaraq 8 və 2,5 faiz düşüb. Beləliklə, "Opus" səhmləri 19 milyard forint (1 avro 333 forintə bərabərdir) itirib və bunun 13 milyardı Mesaroş ailəsinin itkiləri olub. Hellert Yasainin "4iG" səhmlərinin birja dəyəri isə 2 milyard forint azalıb.

Lorints Mesaroşun maraq dairəsinə daxil olan "Appeninn" şirkəti də hərraclara 2,55 faiz həcmində itkilərdən başlayıb.

Macarıstan KİV-lərinin yaydığı məlumata görə, itkilər bu istirahət günləri paytaxt Budapeştdə və digər dörd iri şəhərdə keçirilmiş bələdiyyə seçkilərində müxalifətdən olan namizədlərin qələbəsi fonunda baş verib.

(adsgarden = window.adsgarden || []).push({});